Haqqımızda
GLC Laboratuvar Cihazları MMC, elmi-tədqiqat, kliniki və sənaye ölçmə texnologiyaları sahəsində dünyanın aparıcı istehsalçılarının yüksək texnologiyalı laboratoriya avadanlıqlarını Azərbaycan bazarına təqdim edir.
Şirkətimiz 2018-ci ildən etibarən mikroskopiya və görüntü sistemləri üzrə dünya lideri olan Leica Microsystems şirkətinin Azərbaycandakı rəsmi satış və texniki servis nümayəndəsi kimi fəaliyyət göstərir. Xəstəxanalar, universitetlər, elmi-tədqiqat institutları və sənaye laboratoriyaları üçün avadanlıqların təchizatı, quraşdırılması və peşəkar texniki məsləhət xidmətlərini həyata keçiririk.
Köklü Miras və Güclü Əməkdaşlıq
GLC Laboratuvar Cihazları MMC; Türkiyədəki qardaş şirkətimiz İstanbul Bilimsel Araştırma Cihazları və Türkiyədə uzun illər boyunca Leica Microsystems-in nümayəndəliyini uğurla icra etmiş köklü Gantenbein şirkətinin yarım əsrə yaxın sektoral mirası və mühəndislik təcrübəsi üzərində qurulmuşdur.
Bu güclü korporativ təcrübə sayəsində müştərilərimizə təkcə cihaz satışı deyil, həm də tətbiqi dəstək, təlim və etibarlı satışsonrası servis həlləri təqdim edərək Azərbaycandakı elm və sənaye dünyasının etibarlı tərəfdaşı olmağa davam edirik.
Rəsmi Nümayəndəliklərimiz
- Leica Microsystems — Cərrahi, Həyat Elmləri və Sənaye Mikroskopları, Elektron Mikroskopiyası üçün Nümunə Hazırlama Avadanlıqları
- Mikro — Kliniki və Rəqəmsal Kolposkoplar
- Walter UHL — Yüksək Dəqiqlikli Ölçmə Mikroskopları
- Linkam Scientific — Mikroskoplar üçün İsitmə və Soyutma Masaları
- FOBI by Cellgentek — In-Vivo Flüoressensiya Görüntüləmə Sistemləri
- Coantec — Sənaye Videoskopları
